QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi erməni iddialarına cavab verdi

© Sputnik / StringerMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Cəbhənin Ağdam rayonu istiqamətində, guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hərəkətə keçmək cəhdi barədə yaydığı məlumat təxribatdır və düşmən tərəfinin vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımıdır"

BAKI, 15 iyul — Sputnik. Ermənistan mətbuatının iyulun 14-də axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində, guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hərəkətə keçmək cəhdi barədə yaydığı məlumat təxribatdır və düşmən tərəfinin vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımıdır.

Şəhidin dəfn mərasimi. Arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycan ordusunun zabiti şəhid oldu

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Təəssüf doğuran odur ki, erməni tərəfi öz təxribatlarını ört-basdır etmək və yaydığı məlumatların təsir gücünü artırmaq məqsədilə Azərbaycan elektron informasiya vasitələrinin qeyri-dəqiq və anonim mənbəyə istinadən verdiyi xəbərdən uğurla istifadə edib", — deyə MN bildirir.

"Bir daha bildiririk ki, hərbi mövzuda, xüsusilə cəbhə xəttində baş verən hadisələrlə bağlı, istənilən məlumatı yaymazdan əvvəl həmin xəbər mütləq mənada Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməli və dövlətimizin təhlükəsizlik maraqlarına xələl gətirməməlidir", — nazirlik bəyan edir.

Xəbər lenti
0