Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidPutin və Obama
Putin və Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb

BAKI, 6 iyul — Sputnik. Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub.

Vladimir Putin və Barak Obama - Sputnik Azərbaycan
Putin Obamanı rus aviasiyasının Suriyadan çıxdığına dair məlumatlandırdı

Məlumata görə, ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib. Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb.

"Vladimir Putin vurğulayıb ki, Rusiya görüşü təşkil etməklə münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesində irəliləyişə nail olunması üçün şəraitin yaradılmasının vacibliyinə əsaslanıb. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib", məlumatda deyilir.

Xəbər lenti
0