QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır"

© realtv.azCeyms Uorlik
Ceyms Uorlik - Sputnik Azərbaycan
Abunə olmaq
Ceyms Uorlik: "Biz inanırıq ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun baş tutması vacibdir"

BAKI, 15 fev — Sputnik. "Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla, işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır". APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiosuna müsahibəsində deyib.

Nikolay Bordyuja - Sputnik Azərbaycan
QARABAĞ
"Bizim təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunmayıb"

C. Uorlik bildirib ki, Minsk qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır: "Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə etiraz etmirik. Azərbaycan və Ermənistanın istədikləri kimi bu məsələni qaldırmaq hüququnu dəstəkləyirik. Ümid edirik ki, münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk qrupu ilə sıx əməkdaşlıq edəcək".

Amerikalı həmsədr münaqişənin həlli elementlərinin müzakirələrini davam etdirmək üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazır olduqlarını diqqətə çatdırıb: "Biz inanırıq ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun baş tutması vacibdir".

"Vaxtı ilə ABŞ dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlayıblar. Bu formatın sonluğu Ermənistanda hakimiyyət dəyişikliyi, parlamentdə qətllə müşayiət olunub. Yenidən tərəflərin vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlaması mümkündürmü?" sualına isə Uorlik belə cavab verib: "Münaqişənin həllində hansısa bir irəliləyişin əldə edilməsi üçün həmsədrlər ABŞ dövlət katibi Con Kerri, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Ollandın vasitəçilik səyləri nəticəsində prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkilini dəstəkləyirlər".

Xəbər lenti
0