QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan ordusunun "Odundağ" yüksəkliyini ələ keçirdiyi təsdiqləndi

© apa.azMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
MN: Həqiqətən də həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib.

BAKI, 25 yan-Sputnik. Müdafiə Nazirliyi "Odundağ" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi barədə Ermənistan mənbələrinin xəbərini təsdiqləyib.

Sputnik xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin APA-ya açıqlamasında bildirilir: "Elektron KİV-də Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb. Faktı təsdiq edərək bildiririk ki, həqiqətən də həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib".

Xəbər lenti
0