QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənilər Cənubi Qafqazda"...

© Sputnik / Fuad HəsənovErmənilər cənubi Qafqazda kitabı
Ermənilər cənubi Qafqazda kitabı - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni yalanlarını ifşa edən kitab işıq üzü görüb. Müəllif, beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün kitabın 3 dilə tərcümə olunduğunu bildirib.

BAKI, 22 yan — Sputnik. Bu gün 1905.az saytının təşkilatçılığı ilə Heydər Əliyev İrsinin Araşdırılması Mərkəzində "Ermənilər Cənubi Qafqazda" adlı kitabın təqdimatı olub. Sputnik xəbər verir ki, kitabın müəllifi Aqil Şahmuradov beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün kitabın 3 dilə tərcümə olunduğunu bildirib.

Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinin sədri, Şuşanın Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov - Sputnik Azərbaycan
QARABAĞ
Ermənilər ürəklərində özlərini Azərbaycan vətəndaşı hesab edirlər

Onun sözlərinə görə, kitabda ermənilərin ifşası əsas xətt kimi götürülüb. Müəllif bildirib ki, hazırda ermənilər həm elm, həm siyasət, həm də mədəniyyət sahəsində çox fəaldırlar və onların yalanlarına operativ şəkildə cavab verilməlidir.

"Bizim əsas məqsədimiz ermənilərin saxtakarlığını üzə çıxarmaqdır. Təbliğat və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu baxımdan kitabda kifayət qədər məlumatlar yer alıb" —deyə A. Şahmuradov əlavə edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov isə çıxışında, ermənilərin 23 ildən artıqdır Azərbaycan torpaqlarını işğal etdiklərini diqqətə çatdırıb: "Azərbaycan bu torpaqların qaytarılması üçün çalışır. Bu kitab da ermənilərin ifşası baxımından xüsusi əhəmiyyətə malikdir.".

Millət vəkili həmçinin, Azərbaycanın xarici ölkələrdəki səfirliklərini Dağlıq Qarabağ probleminin həllində fəal olmağa çağırıb.

Xəbər lenti
0