23:49 06 Dekabr 2016
Canlı yayım
Müdafiə Nazirliyi

MN: Azərbaycan tərəfinin itki verməsi barədə məlumat dezinformasiyadır

apa.az
QARABAĞ
Qısa URL
68 0 0

Müdafiə Nazirliyi: Ermənistanın elektron kütləvi informasiya vasitələrinin iyunun 26-da atəşkəs rejiminin pozulması nəticəsində guya bir erməni hərbi qulluqçunun ölməsi və Azərbaycan tərəfinin itkilər verməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır.

BAKI, 27 iyun — Sputnik. Ermənistanın elektron kütləvi informasiya vasitələrinin iyunun 26-da atəşkəs rejiminin pozulması nəticəsində guya bir erməni hərbi qulluqçunun ölməsi və Azərbaycan tərəfinin itkilər verməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər və daxili çəkişmə nəticəsində ermənilərin bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə günahı Azərbaycan tərəfinin üzərinə atmaqla, ictimaiyyətinin diqqətini ordusunda baş verən neqativ hallardan yayındırmağa çalışır: “Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən İrəvanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır”.

Müdafiə Nazirliyi qeyd edir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.

Əsas mövzular