22:03 02 Dekabr 2016
Canlı yayım
Müdafiə naziri Zakir Həsənov

Zakir Həsənov: Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir

mod.gov.az
QARABAĞ
Qısa URL
50 0 0

Azərbaycanın müdafiə naziri: Erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir.

BAKI, 27 iyun — Sputnik. Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir.

Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edib.

"Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaq", — deyə o vurğulayıb. 

Cəbhəboyu təşəbbüsün tam olaraq Azərbaycan Silahlı Qüvvələrinin tərəfində olduğunu deyən nazir bildirib ki, günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcək. O qeyd edib ki, il ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilib: “Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur”.

Əsas mövzular