17:38 03 Dekabr 2016
Canlı yayım
BMT baş katibi Pan Gi Mun

Pan Gi Mun: Qarabağ münaqişəsinin qızışması region üçün dağıdıcı olar

bic.org
QARABAĞ
Qısa URL
24 0 0

Azərbaycanlı millət vəkili Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Muna sual ünvanlayıb.

BAKI, 23 iyun — Sputnik. Azərbaycanlı millət vəkili Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Muna sual ünvanlayıb.

AŞPA-nın yay sessiyasının bu günkü iclasında BMT baş katibi Pan Gi Mun parlamentarilər qarşısında çıxış edib və daha sonra onların sullarınını cavablandırıb.

BMT Baş katibinə sula verənlər sırasında  azərbaycanlı parlamentari Sevinc Fətəliyeva da olub. Bu barədə Sputnik-ə açıqlama verən Fətəliyeva deyib ki, baş katibdən rəhbərlik etdiyi qurumun Ermənistanın Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul etdiyi 4 qətnamənin niyə icra olunmadığı, BMT-nin bu qətnamələrin həyata keçməsi üçün hansı addımalr atmağı düşündüyü barədə soruşub.

BMT Baş katibi isə suala cavab olaraq bildirib ki, münaqişə ancaq sülh yolu ilə həll oluna bilər. 

Atəşkəsin rejiminin tez-tez puzulmasından narahıtlığını qeyd edən Mun deyib ki, hər iki tərəf itki verir və  münaqişə tərəfləri arasında gərginlik artmaqdadır: “ Bu da bizi ciddi narahat edir. Ona görə də mən hər iki  münaqişə tərəfini problemi sülh yolu ilə həll etməyə çağırıram. Hər hansı hərbi qarşıdurma iki ölkə və ümumilikdə bütün region üçün dağıdıcı olacaq, ağır nəticələrə gətirəcək.”

Baş katib onu da əlavə edib ki, Qarabağ münaqişənin həlli ilə ATƏT MQ məşğul olur və burada da əsas missiya problemin həlli ilə bağlı tərəflər arasında dialoqu təşkil etmək və bu istiqmaətdə səyləri davam etdirməkdir.

Əsas mövzular