10:45 03 Dekabr 2016
Canlı yayım
Fəzail Ağamalı

Fəzail Ağamalı: Zəngəzur da geri qaytarılmalıdır

axtar.az
QARABAĞ
Qısa URL
21 0 0

Azərbaycanlı deputat: Ermənistan sülh yoluyla öz dövlətçiliyini xilas etməsə, müharibə yeganə alternativ yol olacaq.

BAKI, 18 iyun-Sputnik. Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə çıxardığı qərarla bir daha Ermənistanın işğalçılıq siyasətini hüquqi cəhətdən təsdiq etməsi təqdirəlayiq haldır. Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, beynəlxalq səviyyəli bir məhkəmənin Ermənistanın işğalçılıq siyasəti  barədə hüquqi sənəd çıxarılması yaxşı haldır: “Bu sənədlə Avropa Məhkəməsi kimi nüfuzlu bir təşkilat  Ermənistanın işğalçılıq siyasətini hüquqi cəhətdən tanımış olur. Bu məsələnin bir tərəfidir və biz bunu alqışlayırıq. Məsələnin ikinci tərəfinə gəldikdə isə demək istərdim ki, görəsən Ermənistan bundan nəticə çıxaracaqmı? İşğala son qoyacaqmı? İşğal nəticəsində vurduğu ziyanın kompensasiyasını ödəyəcəkmi? Bu mənə o qədər də inandırıcı görünmür. Çünki Ermənistan işğalçı dövlət olmaqla yanaşı, bir faşist düşüncəsinə malik ölkədir.”

Ağamalı onu da əlavə edib ki, Ermənistan bütün bunlardan nəticə çıxarıb işğal etdiyi Azərbaycan torpaqlarını nə qədər mümkünsə, o qədər tez azad etməlidir: “Yalnız o zaman Ermənistan öz dövlətçiliyini  xilas edə bilər. Əks təqdirdə müharibə qaçılmazdır və müharibə yeganə alternativ yol olaraq qalır. Artıq Azərbaycan da müharibəyə hazırdır.”

Deputatın fikrincə, Azərbaycan əlverişli şərait yaranan kimi dərhal torpaqlarını hərbi yolla işğaldan azad edəcək: “Nəinki Qarabağ və ətraf rayonları, eyni zamanda 20-ci əsrin əvvəllərində Azərbaycandan alınıb Ermənistana verilmiş torpaqları da azad etməyə qadirik. Ən azından Zəngəzur geri qaytarılmalıdır. Biz ordumuzun bu gücünün real nəticələrini yaxın zamanlarda  görmək əzmindəyik.”

 

Əsas mövzular