11:56 11 Dekabr 2016
Canlı yayım
Рабочий визит В.Путина в Азербайджан

Ekspert: İndiyədək çox belə nəticəsiz görüşlər olub

Sergei Guneev
QARABAĞ
Qısa URL
11 0 0

Rasim Musabəyov: Rusiyanın Qarabağ münaqişəsinin həllinə dair verdiyi ümidverici vədlərlə bağlı dediklərini zaman göstərəcək.

BAKI, 16 iyun — Sputnik. Rusiyanın Qarabağ münaqişəsinin həllinə dair verdiyi ümidverici vədlərlə bağlı dediklərini zaman göstərəcək.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, bu cür (söhbət RF prezidenti Vladimir Putinin Bakıda Azərbaycan lideri İlham Əliyevlə keçirdiyi görüşdən gedir-red) görüşlər çox keçirilib, ancaq onların hamısı nəticəsiz qalıb: “Rusiya prezidenti Vladimir Putinin Bakıda keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı Qarabağ münaqişəsinin həlli istiqamətindəki vəziyyət müzakirə olunub. Qarabağla bağlı məsələyə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan Rusiyadan Qarabağ probleminin həlli istiqamətində artıq konkret addımların atılmasını gözləyir. Gözləyir ki, erməniləri “ağıla” gətirəcək.”

Millət vəkilinin fikrincə, görüşün nəticələri barədə indidən nəsə demək çətindir və bunu zaman göstərəcək: “Çünki biz indiyədək belə nəticəsiz görüşlərin çox şahidi olmuşuq”.

Musabəyov onu da əlavə etdi ki, indi nə Azərbaycan Rusiyanın ideyası olan Avrasiya İttifaqına qoşulmaq niyyətindədir, nə də ki, Rusiya Ermənistana Qarabağ münaqişəsində konstruktiv mövqe tutmaq üçün təzyiq etməyə hazir deyil.

Əsas mövzular