03:53 04 Dekabr 2016
Canlı yayım
Игорь Попов

Həmsədrlər prezidentlərin görüşünü hazırlayırlar

© AZƏRTAC.
QARABAĞ
Qısa URL
9 0 0

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu ayın sonu, gələn ayın əvvəli bölgəyə səfəri planlaşdırılıb.

BAKI, 14 iyun — Sputnik. Bu ayın sonu, gələn ayın əvvəli ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri planlaşdırılıb.

Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

Popov səfər zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və dövlət başçıları ilə görüşəcəklərini deyib.

O qeyd edib ki, bu görüşlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyır.

Prezidentlərin bundan əvvəl görüşlə bağlı iradə ortaya qoyduqlarını xatırladan Popov dövlət başçılarının nəzərdə tutulan görüşünün vaxtını açıqlamayıb.

Teqlər:
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, ATƏT-in Minsk Qrupu, Ermənistan, Azərbaycan

Əsas mövzular