23:52 06 Dekabr 2016
Canlı yayım
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsi bütün dünyanı təhdid edir

novosti.az
QARABAĞ
Qısa URL
23 0 0

PA rəsmisi: Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, dünyada sülh və sabitlikdən danışmaq düzgün deyil.

BAKI, 11 iyun — Sputnik. Beynəlxalq təşkilatların sənədlərində Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağdakı ermənilərin milli kimliyinin tanınması qaydasında həllini tələb edir.

Bu barədə Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə keçirdiyi birgə mətbuat konfransında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. 

"Azərbaycan bu müddəalara əməl etməyə hazırdır. Sadəcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması nəinki Cənubi Qafqazı, bütövlükdə Avrasiyanı və dünyanı təhdid etməkdə davam edir. Yəni, bu təhlükə mövcuddur. Biz vaxtında bəyan etmişdik ki, nə qədər ki, belə separatizmin qarşısı alınmayıb bu dünyaya təhlükə mənbəyi olacaq. Bizim dediklərimiz özünü Balkanlarda və Ukraynada sübut etdi. Separatizmlə oynamaq olmaz. Buna görə də hesab edirik ki, bütün münaqişələrə eyni yanaşma olmalıdır. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, dünyada sülh və sabitlikdən danışmaq düzgün deyil. Bu kövrək sülhdür və təhlükə mənbəyidir", deyə PA rəsmisi bəyan edib.

Əsas mövzular