14:29 07 Dekabr 2016
Canlı yayım
politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы

Ekspert: münaqişəni həll edən Azərbaycanın strateji müttəfiqi olacaq

sputnik.az
QARABAĞ
Qısa URL
17 0 0

Bu gün hansı ölkə Qarabağ münaqişəsinin həllində Azərbaycana yardım edərsə, o ölkə də Azərbaycanın strateji müttəfiqi olacaq. Bunu Sputnik-ə açıqlamasında “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

BAKI, 11 iyun — Sputnik. Bu gün hansı ölkə Qarabağ münaqişəsinin həllində Azərbaycana yardım edərsə, o  ölkə də Azərbaycanın strateji müttəfiqi olacaq. Bunu Sputnik-ə açıqlamasında  “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

 Onun sözlərinə görə,  əgər Rusiya Azərbaycanı özünün  strateji müttəfiqi hesab edirsə və bu qismdə görürsə, o zaman Ermənistana  təzyiq edib işğal olunmuş torpaqların azad olunmasına nail olmalıdır: “Baxmayaraq ki, bu gün Rusiya Azərbaycanı özünün strateji tərəfdaşı kimi görür, əgər rəsmi Moskva bu niyyətində səmimidrisə, o zaman bu addımı atmalıdır.”

Politoloq hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə  yardım edərsə, o zaman rəsmi  Bakı Moskvanın Avrasiya İttifaqı və Transxəzər qaz kəıməri ilə bağlı təkliflərinə baxa bilər: “Bu baxımdan RF prezidenti Vladimir Putinin Bakıda İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla keçirəcəyi görüşdə əldə oluanacaq nəticələrdən çox şey asılıdır. Hesab edirəm ki, bu görüşdə əsas müzakirə predmeti enerji məsələləri, Qarabağ münaqişəsi və regional təhlükəsizlik məsələləri olacaq. Bu görüş müsbət sonluqla yekunlaşarsa, o zaman nəinki Azərbaycan  Avrasiya İttifaqında yer alacaq, hətta Türkiyə bu layihəyə meyllənəcək.”

Transxəzər qaz kəməri layihəsinin reallaşması ilə bağlı Rusiyanın fərqli yanaşmasına gəldikdə ekspert bildirdi ki, Rusiya Transxəzərlə bağlı ilkin mövqeyini ortaya qoyub: “Rəsmi Moskva hesab edir ki, Transxəzər layihəsi Xəzəryanı ölkələrin narazılığına səbəb ola bilər. Amma Azərbaycan-Türkiyə-Türkmənistan – Avropa Birliyi danışıqları gedir və bu layihənin reallaşması Türkmənistanın qərarından asılıdır. Türkmənistan müstəqil qərar verib belə bir layihəni reallaşdırmaq istəyəcəksə,  hesab edirəm ki, kimsə ona qarşı çıxa bilməz. Çünki Rusiya  özü də bir sıra  dənizlərin dibindən qaz kəməri çəkib və kimsə buna  qarşı çıxmayıb. Transxəzər layihəsi reallaşarsa, bu Azərbaycanla Türkmənistan arasında dənizin dibi ilə çəkiləcək və bu digər üçüncü ölkənin ekologiyasına mənfi təsir göstərməyəcək. Odur ki, bu məsələlər  sabah Bakıda reallaşacaq üçtərəfli görüşün müzakirə predmeti olacaq.”

Əsas mövzular