06:13 11 Dekabr 2016
Canlı yayım
Руководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде.

Politoloq: Moskva-Ankara-Bakı formatı gündəmə gələ bilər

© Sputnik /
QARABAĞ
Qısa URL
66 0 0

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri zamanı təkcə ikitərəfli əlaqələr deyil, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gündəmdə olacaq.

BAKI, 9 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri zamanı təkcə ikitərəfli əlaqələr deyil, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gündəmdə olacaq.

Bunu Sputnik-ə açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Putinin Bakıda Azərbaycan prezidenti ilə təkcə ikitərəfli formatda deyil, eyni zamanda çoxtərəfli formatda da görüşləri reallaşacaq: ”Yəni görüş, Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə davam etdiriləcək. Son vaxtlar Azərbaycan və Türkiyə rəsmiləri Dağlıq Qarabağ ATƏT MQ-nin fəaliyyətsizliyi ilə bağlı öz narahatlıqlarını dilə gətiriblər.”

Vəlizadə əlavə etdi ki, ATƏT MQ-də Rusiya ilə yanaşı Fransa və ABŞ  bir yerdə fəaliyyət göstərir ki, onalrın da  beynəlxalq proseslərə yanaşmalarında fikir ayrılığı Minsk qrupunun  məhsuldarlığını sıfra endirməklə yanaşı münaqişəsinin tənzimlənməsinə ciddi maneə yaradır: “Rusiya bu formatda danışıqlar prosesinə pessimist yanaşdığından, Qarabağ münaqişəsinin tənzimlənməsini yeni formatda həllini gündəmə gətirə bilər. Bu məsələnin Azərbaycan Rusiya və Türkiyə prezidentlərinin Bakı görüşündə gündəmə gətiirlib müzakirə edilməsi və onun fəaliyyət istiqamətlərinin danışılması istisna deyil. Çünki bir müddət öncə bəzi KİV-də rus hərbçilərirnin Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının təhlükəsizliyinin təmin olunması, türk hərbçilərinin isə azərbaycanlı məcbiri köçkünlərin öz ata-baba yurdlarına qayıdışını təmin etmək məqsədi ilə bölgəyə gətirliməsi haqqında fikirlər yer alıb. Üç ölkənin liderlərinin Bakı görüşündə bu və digər məsələlərin müzakirəsi gözləniləndir. Danışıqların nəticəsi olaraq bu ilin payızında yeni formatın reallaşması mümkündür. Yəni payızda dörtərəfli formatda — Azərbaycan-Türkiyə-Rusiya-Ermənistan formatında məsləhətləşmələr aparıla bilər. Belə bir məsləhətləşmə formatının reallaşması üçünsə bir sıra amillər nəzərə alınmalıdır. Əgər tərəflər maraqlarını uzlaşdıra bilsələr, yeni formatın reallaşması tamamilə mümkündür.”

Bu danışıqlarda Qarabağ məsələsində ciddi proqresin olması ilə bağlı gözləntilərə gəldikdə Vəlizadə deyib ki, ümumi konturlar müəyyən oluna bilər ki, bu da proqressin növbəti mərhələdə əldə olunmasına şərait yarada bilər: “Amma bu görüşdə təkcə ikitərəfli əməkdaşlıq və Qarabağ məsləsi deyil, eyni zamanda regional təhlükısizlik, İŞİD və digər radikal dinin qruplaşmaların  gözlənilən təhdidlərinə qarşı fəaliyyətin koordinasiya olunması, onun qarşısının alınması, terrorizmə qarşı birgə mübarizə və digər məsələlər də müzakirə olunacaq.”

Rusiya prezidenti Vladimir Putin iyunun 12-13-də  Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edəcək. 

İyunun 12-dən 28-dək Azərbaycanda Birinci Avropa Oyunları keçiriləcək və bu oyunlarda 20 idman növü üzrə 6000-dək atlet yarışacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə erməni tərəfinin iddiaları ilə başlayıb. 

Nəticədə Ermənistan silahlı birləşmələri 20% Azərbaycan torpaqlarını işğal edib. 

BMT Təhlükəzilik Şurası Erməni Silahlı Qüvvələrirnin qeyd-şərtsiz bu torpaqları azad etməsi barədə 4 qətnamə qəbul etsə də, indiyədək həmin qətnamələr Ermənistan tərəfindən icra olunmur.

Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyon məcbiri köçkün və qaçqın öz ata-baba yurdlarını tərk edib.

Əlaqədar

Yaxın 3-4 ay ərzində Qarabağ məsələsində ciddi dönüş olacaq
Nazir: Bu gün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir
Rusiya Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyir
Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliyə sadiqdir

Əsas mövzular