09:57 08 Dekabr 2016
Canlı yayım
Atəşkəsin pozulması

Atəşkəs yenə pozulub

© AZƏRTAC.
QARABAĞ
Qısa URL
1 0 0

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 78 dəfə pozub.

BAKI, 8 iyun — Sputnik. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 78 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Kəngərli, Qaraqaşlı, Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Əlaqədar

Atəşkəs xəttində gərginlik: Ermənistan atəşkəsi 82 dəfə pozub
Cəbhə xətində atəşkəs 68 dəfə pozulub
Atəşkəs rejiminin pozulması davam edir
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 63 dəfə pozulub
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 82 dəfə pozub

Əsas mövzular