03:52 04 Dekabr 2016
Canlı yayım
Müdafiə Nazirliyi

MN: ATƏT müşahidəçilərinin ön xəttə çıxarılmaması məlumatı yalandır

apa.az
QARABAĞ
Qısa URL
14 0 0

Müdafiə nazirliyi: Erməni tərəfi bu cür yalan məlumatlar yaymaqla hər bir vasitə ilə növbəti dəfə beynəlxalq qurumu öz təxribatlarına cəlb etməyə cəhd göstərir.

BAKI, 5 iyun — Sputnik. İyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan tərəfinin ATƏT müşahidəçilərini guya ön xəttə çıxarmaması barədə Ermənistanın KİV-in yaydığı məlumat tam yalandır və dezinformasiya xarakteri daşıyır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, keçirilən monitorinqdə iştirak edən təcrübəli müşahidəçilərin uzun illərdir bu fəaliyyətlə məşğul olmaları, bölgənin relyefini yaxından tanımalarını nəzərə alaraq onların əvvəlcədən planlaşdırılaraq təyin edilən koordinatlara deyil, başqa nöqtəyə çıxarılması qeyri-mümkündür.

"Erməni tərəfi bu cür yalan məlumatlar yaymaqla hər bir vasitə ilə növbəti dəfə beynəlxalq qurumu öz təxribatlarına cəlb etməyə cəhd göstərir, beynəlxalq missiyanı həyata keçirən ATƏT müşahidəçilərinin fəaliyyətinə kölgə salmaq və onların adlarının erməni tərəfinin çirkin əməllərində istifadə edilməsi məqsədini daşıyır.

Müdafiə Nazirliyi bildirir ki, iyunun 5-də qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb və onu həyata keçirən müşahidəçilər (Xristo Xristov və Piter Svedberq) missiyalarının yerinə yetirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər.

Qeyd edək ki, məhz erməni tərəfi cari ilin yanvar ayının 14-də və 29-da qoşunların təmas xəttində monitorinqlərin plana uyğun olaraq keçirilməsinə mane olub", — deyə MN-dən bildirilib.

Əlaqədar

Dağlıq Qarabağa qeyri-qanuni turist səfərlərinin qarşısı alınacaq
Yaxın 3-4 ay ərzində Qarabağ məsələsində ciddi dönüş olacaq
Nazir: Bu gün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir
Dağlıq Qarabağa getmələrinə təəssüfləndilər
Rusiya Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyir
Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliyə sadiqdir

Əsas mövzular