09:58 08 Dekabr 2016
Canlı yayım
Zahid Oruc

Deputat: Rusiya 5-6 rayonun qaytarılmasına kömək edəcək

apa.az
QARABAĞ
Qısa URL
9510

Zahid Oruc: Erməni ekspertlər yazır ki, İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa edəcək.

BAKI, 5 iyun — Sputnik. Rusiya artıq Cənubi Qafqaz bölgəsində dəyişikliyin zəruriliyini bilir və buna uyğun olaraq müəyyən addımlar atmaq istəyir.

Bunu Sputnik-ə millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, Rusiya regionu itirməmək üçün əlindən gələni edəcək.

"Belə ehtimallar çoxdur ki, Vladimir Putinin iyunun 12-də Birinci Avropa Oyunları çərçivəsində  Bakıya səfəri zamanı Qarabağ ətrafında məsələ ciddi müzakirə ediləcək. Yəni regiondakı dəyişiklik məsələsi müzakirə predmeti ola bilər” — deyə deputat bildirib.

Millət vəkilinin fikrincə, Rusiya Qarabağ münaqişəsinin Qərbin əlində karta çevrilməməsi və bunun rəsmi Moskvanın ziyanına işlədilməməsi üçün müəyyən addımlar ata bilər: "Rusiya Azərbaycanı itirməmək və ölkəmizdən gələcək siyasi strateji layihələrdə mövqeyini möhkəmləndirmək üçün xeyrimizə müəyyən addımlar ata bilər. Ən azından, qarşıdakı dönəmdə  işğal olunmuş torpaqların bir hissəsini mərhələli qaydada geri qaytarmağa razılıq verər. Düşünürəm ki, Rusiyanın ən azı 5-6 rayonu qaytarmaq üçün Ermənistana təsir və təzyiqləri gerçək olacaq. Artıq bunu Ermənistanda da bəzi analitiklər başa düşür və Azərbaycan prezidenti İlham Əliyevin fatehliyindən yazırlar. Erməni ekspertlər yazır ki, İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa edəcək."

Oruc hesab edir ki, Rusiya bunun əvəzində Azərbaycan qarşısında şərtlər qoyacaq: “Bu şərtlər Azərbaycanın Rusiya ilə əlaqələrinin daha da inteqrasiya olunmasını nəzərdə tutan layihələr ola bilər.”

Əlaqədar

Yaxın 3-4 ay ərzində Qarabağ məsələsində ciddi dönüş olacaq
Dağlıq Qarabağa qeyri-qanuni turist səfərlərinin qarşısı alınacaq
Nazir: Bu gün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir
Dağlıq Qarabağa getmələrinə təəssüfləndilər

Əsas mövzular