03:53 04 Dekabr 2016
Canlı yayım
Atəşkəsin pozulması

Cəbhə xətində atəşkəs 68 dəfə pozulub

© AZƏRTAC.
QARABAĞ
Qısa URL
3 0 0

Düşmən cavab atəşi ilə susdurulub.

BAKI, 4 iyun — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 68 dəfə pozub.

Müdafiə Nazirlyinin Mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirilir ki, Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Kəngərli, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Əlaqədar

Atəşkəs rejiminin pozulması davam edir
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 63 dəfə pozulub
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 82 dəfə pozub

Əsas mövzular