21:22 09 Dekabr 2016
Canlı yayım
Şuşa şəhəri

Yaxın 3-4 ay ərzində Qarabağ məsələsində ciddi dönüş olacaq

youtube.com
QARABAĞ
Qısa URL
6810

Mübariz Əhmədoğlu: Təlimlər Azərbaycan və Rusiya hərbçiləri arasında etimadın formalaşmasına xidmət edir ki, bu da özünü yaxın gələcəkdə Qarabağda göstərəcək

BAKI, 3 iyun — Sputnik. Yaxın 3-4 ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ciddi dönüşlər olacaq. Bunu Sputnik-ə açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, əslində Azərbaycanın Dağlıq Qarabağ məsələsinin  siyasi və sülh danışıqları yolu ilə   tənzimlənməsinə  ümidi yoxdur: “Çünki rəsmi Bakı artıq ATƏT-in Minsk Qrupunun  münaqişənin həlli istiqamətində həyata keçirdiyi vasitəçilik missiyasına inanmır. Bu formatda aparılan danışıqlar sadəcə bir çətir rolunu oynayır. Azərbaycan ATƏT çərçivəsində aparılan danışıqlarla beynəlxalq aləmin əleyhinə çıxmadığını sübut etmək istəyir.”

Ekspert əlavə edib ki, proseslər artıq hərbi sahədə gedir: “Görürsünüz ki, son vaxtlarda müdafiə naziri gecə-gündüz  hərbi təlimlər keçirir. Bu gün Azərbaycanda hərbi təlimlərin keçirilmədiyi gün və ya həftə yoxdu.  Bütün qoşun növləri üzrə hərbi təlimlər keçirilir. Hətta bəzi qoşun növləri artıq bir neçə dəfə təlimlər keçib. Bu təlimlərin də hədəfi və məqsədi bəllidir. Onlar tam döyüş hazırlığı xarakterlidir. Bundan başqa, son dövrlərdə Azərbaycan Türkiyə ilə birgə döyüş hazırlığı xarakteri daşıyan hərbi təlimlər keçirir. Yəni Azərbaycan  aşkar şəkildə  hərbi yolla problemin həllinə üstünlük verir və  buna hazırlıq gedir. Deyə bilmərəm bu proses nə zaman yekunlaşacaq, ancaq yaxın 3-4 ay ərzində başa çatmalıdır. Qarabağ məsələsində ciddi dönüş olmalıdır.”

Politoloq deyib ki, Azərbaycan prezidentinin  problemin həlli ilə bağlı konkret mövqeyi və konsepsiyası artıq var: “Bu konsepsiyanı nə zaman həyata keçirəcəyini  ancaq onun özü bilir. Ola bilsin ki, bu konsepsiyanın həyata keçrilməsi ilə Qarabağ problemi birdəfəlik həll olunsun.”

Əhmədoğlu Azərbaycan hərbçilərinin rus həbçilərlə Xəzər dənizində keçirdiyi birgə hərbi təlimlərə toxunaraq bildirib ki, bu təlimlər erməniləri həddən artıq narahat etməyə başlayıb və bu narahatçılıqlarını da dilə gətirirlər: “Hesab edirəm ki, bu təlimlər Azərbaycan və Rusiya hərbçiləri arasında inam və etimad mühitinin formalaşmasına xidmət edir ki, bu da özünü yaxın gələcəkdə Qarabağda göstərəcək.”

 

 

Əsas mövzular