14:18 04 Dekabr 2016
Canlı yayım
əsgər atəşkəs

Atəşkəs rejiminin pozulması davam edir

© AZƏRTAC.
QARABAĞ
Qısa URL
4 0 0

Düşmən cavab atəşi ilə susdurulub.

BAKI, 3 iyun — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda  bildirilir ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad, Şıxlar, Kəngərli, Cəvahirli, Sarıcalı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Əlaqədar

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 63 dəfə pozulub
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 82 dəfə pozub
Ermənistan ordusunun kürd əsilli əsgəri ölüb
On üç ildə 6802 ABŞ əsgəri həlak olub

Əsas mövzular