09:59 08 Dekabr 2016
Canlı yayım
Elmar Məmmədyarov

Nazir: Bu gün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir

atvxeber.az
QARABAĞ
Qısa URL
18 0 0

Azərbaycanın xarici siyasətinin prioritetilərindən biri də ölkə vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsidir.

BAKI, 2 iyun — Sputnik. Azərbaycanın xarici siyasətinin prioritetilərindən biri də ölkə vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsidir.

Sputnik xəbər verir  ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiya mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, xarici siyasətin prioritetlərinə dost ölkələrlə əməkdaşlığın genişlənməsi və dərinləşməsi, iqtisadi maraqların, enerji və nəqliyyat strategiyasının təşviqi, ölkə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni və humanitar diplomatiyanın inkişafı, Azərbaycan vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsidir.

Dövlətin qarşısında duran əsas problemə gəldikdə isə Məmmədyarov bildirib ki, bu gün Azərbaycanın xarici siyasəti qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Tez bir zamanda  Dağlıq Qarabağ münaqişinin həllinə nail olmaq, torpaqların Ermənistan tərəfindən işğalına son qoyulması və ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərqərar olunmasıdır.”

Dövlətlərarası münasibətlərə toxunan Məmmədyarov qeyd edib ki, Azərbaycan ikitərəfli münasibətlərini mehriban qonşuluq, bir-birinin daxili işinə qarışmamaq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq çərçivəsində qurmağa çalışır: “Biz beynəlxalq arenada müstəqil, aktiv xarici siyasət kursu həyata keçirməyə çalışırıq və Azərbaycanın son 10 ildə siyasi, iqtisadi, sosial sahələrdə əldə etdiyi uğurlar bu işdə bizə kömək edir. Azərbaycan öz siyasətini beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə əsasən həyata keçirir. Dövlətlərarası münasibətlərdə Azərbaycan qanunun aliliyi və dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi prinsiplərinə sadiqdir. Azərbaycan dünyada daha çox dövlətin sıx əməkdaşlıq etmək istədiyi etibarlı tərəfdaş hesab edilir.”


Əlaqədar

Rusiya Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyir
Karin Enström: Avropa Qarabağ münaqişəsinin həllinə diqqət ayırmalıdır

Əsas mövzular