23:14 09 Dekabr 2016
Canlı yayım
Atəşkəsin pozulması

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 63 dəfə pozulub

© AZƏRTAC.
QARABAĞ
Qısa URL
2 0 0

Düşmən cavab atəşi ilə susdurulub.

BAKI, 2 iyun — Sputnik. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 63 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Yarımca, Göyarx, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Kəngərli, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Əlaqədar

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 82 dəfə pozub
Erməni silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 72 dəfə pozub
Ermənistan SQ bölmələri atəşkəs rejimini 75 dəfə pozub
Cəbhə xəttində atəşkəs rejimi 79 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 80 dəfə pozub

Əsas mövzular