10:01 08 Dekabr 2016
Canlı yayım
İvitsa Daçiç

ATƏT sədri İrəvanda azərbaycanlı əsirlər məsələsini qaldıracaq

mfa.gov.rs
QARABAĞ
Qısa URL
2 0 0

ATƏT sədri İvitsa Daçiç Ermənistanda azərbaycanlı əsirlərin azad olunması məsələsini müzakirə edəcək.

BAKI, 1 iyun — Sputnik. ATƏT sədri Ermənistanda azərbaycanlı əsirlərin azad olunması məsələsini müzakirə edəcək. 

Sputnik xəbər verir ki, bunu  bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç deyib.

“Ermənistan prezidenti və xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir çox məsələlərlə yanaşı, azərbaycanlı əsirlər Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması məsələsini qaldırqacağam”, deyə ATƏT sədri qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu sülhdən keçir və bunun üçün  tərəflərin siyasi iradəsi tələb olunur. “Münaqişənin yeganə həlli sülhdən keçir. Bütün tərəflərin siyasi iradəsinə ehtiyac var. Bununla bağlı xoş niyyətimi bildirmişəm. Xüsusi nümayəndə və Minsk qrupunun vasitəsi ilə uzunmüddətli həllə nail olacağımıza inanıram. Siyasi iradə olacağı təqdirdə, həll mümkündür. Minsk qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar. Bununla belə Serbiya ərazi bütövlüyünə çox həssas yanaşır. Çünki hazırda Serbiya ərazisində həll olunmamış münaqişə mövcuddur və  bu, Kosovo ilə bağlıdır. Biz Kosovonun müstəqilliyini tanımırıq və onlarla Brüssel vasitəsilə əlaqə qururuq.”

ATƏT sədri onu da əlavə etdi ki, Balkanlarda baş verən münaqişələrdə beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in iki standartları ilə üzləşib: “Odur ki, biz Azərbaycanın üzləşdiyi vəziyyəti yaxşı başa düşürük. Ona görə də hesab  edirəm ki, Dağlıq Qarabağ münaqişənin həllində Helsinki Yekun Aktının müddəalarına əməl edilməli və bununla da ikili standartların aradan qaldırılmasına nail olmalıyıq. Bütün bunları nəzərə alaraq demək istəyirəm ki, biz ATƏT-in sədri olaraq Qarabağ münaqişəsinin həllinə töhfə vermək istəyirik. İstəmirəm ki, mənim bu səfərim səfər xatirinə olsun. İstəyirəm ki, səfərimin münaqşiənin həlli istiqamətində müəyyən irəliləyişlərə səbəb olsun".


Əlaqədar

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliyə sadiqdir
Moskvada Qarabağ münaqişəsi bölgəsindəki vəziyyət müzakirə olunub
Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır
Qarabağ münaqişəsinin davam etməsi Rusiyanın maraqlarına ziyandır

Əsas mövzular