23:52 06 Dekabr 2016
Canlı yayım
İvica Dacic

İvitsa Daçic: münaqişənin həllinə tərəflərin siyasi iradəsi lazımdır

srbijadanas.com
QARABAĞ
Qısa URL
5 0 0

ATƏT-in fəaliyyətdə olan sədri problemin tezliklə həllinə tərəfdardır.

BAKI, 1 iyun — Sputnik. Ümid edirəm ki, səfərim nəticəsiz olmayacaq və müəyyən irəliləyişlərə nail olacağıq.

Bu barədə jurnailstlərə ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərin siyasi iradəsinə ehtiyac var.

Daçiç həmçinin Ermənistan rəhbərliyi ilə keçirəcəyi görüşlərdə bir sıra münaqişənin həllinə dair bir sıra yeni təşəbbüs və məsələlərin müzakirə olunacağını bildirib.

O, problemin tezliklə həllinə tərəfdar olduğunu vurğulayıb. 

"Artıq münaqişənin həll olunması zamanıdır", deyə o bəyan edib.

Daçiç Ermənistan rəhbərliyi ilə görüşdə azərbaycanlı girovlar — Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məsələni qaldıracağını da deyib.

Daçiç ümumiyyətlə ATƏT-in bölgəmizlə əlaqələrə mühüm əhəmiyyət verdiyini bildirib.

Əsas mövzular