17:43 03 Dekabr 2016
Canlı yayım
Qarabağ atəşkəs əsgər ordu

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 82 dəfə pozub

© AZƏRTAC.
QARABAĞ
Qısa URL
1 0 0

Düşmən cavab atəşi ilə susdurulub.

BAKI, 1 iyun — Sputnik. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikasının Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Əlaqədar

Erməni silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 72 dəfə pozub
Ermənistan SQ bölmələri atəşkəs rejimini 75 dəfə pozub
Cəbhə xəttində atəşkəs rejimi 79 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 80 dəfə pozub

Əsas mövzular