03:52 04 Dekabr 2016
Canlı yayım
Professor Castin Makkarti

Castin Makkarti: ermənilər terrordan vasitə kimi istifadə edirlər

© AZƏRTAC.
QARABAĞ
Qısa URL
1 0 0

Professor Castin Makkarti Vyanada fəaliyyət göstərən “Bilirdinizmi?” dərnəyində təşkil olunan toplantıda “Ermənilər terror və cinayətlərdən vasitə kimi istifadə edirlər” mövzusunda məruzə ilə çıxış edib.

BAKI, 1 iyun — Sputnik. Amerikalı professor Castin Makkarti Vyanada fəaliyyət göstərən “Bilirdinizmi?” (“Did You Know”) dərnəyində təşkil olunan toplantıda “Ermənilər terror və cinayətlərdən vasitə kimi istifadə edirlər” mövzusunda məruzə ilə çıxış edib.

AZƏRTAC-ın məlumatına görə, Birinci Dünya müharibəsində Osmanlı dövlətinin Balkanlarda, Yaxın Şərqdə və Qafqazda hərbi təcavüzlərə qarşı döyüşlər apardığını diqqətə çatdıran C. Makkarti bildirib ki, 1912-1921–ci illərdə Osmanlı ərazisində gedən hərbi qarşıdurmalarda üç milyon müsəlman, yüz min erməni həlak olub. O, tarixi faktlara istinad edərək bildirib ki, ermənilər uydurduqları yalanlardan doğan məqsədlərə çatmaq üçün terror və cinayətlərdən vasitə kimi istifadə edirlər.

Saxta “erməni soyqırımı” iddialarına münasibət bildirən professor Castin Makkarti deyib: “Bu, tamamilə yalandır. “Soyqırımı”na məruz qaldıqları iddia edilən ermənilərin sayı o dövrdə yaşamış bütün ermənilərin sayından qat-qat artıq göstərilir. Digər tərəfdən, xəstəlik, aclıq və digər səbəblərdən ölən insanları qətlə yetirilmiş kimi təqdim etmək ədalətsizlikdir. Müharibə vəziyyətinin acınacaqlı hallarına uyğun olaraq o vaxt aclıq, xəstəlik və səfalətdən müsəlmanlar ermənilərdən dəfələrlə çox itki veriblər”.

Amerikalı alim salondakı erməni əsilli iştirakçıların bütün təxribatçı suallarına tutarlı cavablar verib.

Türkiyəli diplomat Əmrə Qaragöl ermənilərin türk diplomatlarına qarşı kütləvi terrorlar törətdikləri barədə məlumat verib. O deyib ki, təkcə Vyanada üç türk diplomat erməni vandalları tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Əlaqədar

Azərbaycan və Ermənistan müxalifəti eyni mərkəzdən idarə olunur
“Erməni soyqırımı” abidəsinin ucaldılmasının qarşısı alınıb
Ermənistanı Avropa Oyunlarında 25 idmançı təmsil edəcək
Erməni silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 72 dəfə pozub
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb

Əsas mövzular