Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bizim Cəbiş müəllim Prezidentin bir ili haqda

Abunə olmaq
Cəbiş müəllim bu dəfə dövlət başçısının 2019-cu ildə atdığı addımların ən əlamətdar məqamlarından danışır.

Hadisələrin zənginliyi və əhəmiyyəti baxımından müstəqil Azərbaycan dövləti üçün yaddaqalan olan 2019-cu il başa çatır. Həmişə olduğu kimi, bu il də Prezident İlham Əliyevin iş qrafiki öz dinamikliyi və rəngarəngliyi ilə diqqəti cəlb edib. Bu il Azərbaycanın istər siyasi, istər sosial-iqtisadi, istərsə də mədəni həyatında tarixi hadisələrin bolluğu ilə diqqəti cəlb edir.

Ölkəmizin beynəlxalq nüfuzunun artdığını, dünyada mövqelərinin gücləndiyini göstərən bir çox əlamətdar məqamlar da məhz 2019-cu ilin payına düşür. Buna Dünya İqtisadi Forumunun illik toplantısını, VII Qlobal Bakı Forumunu, "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunu, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü, Dünya dini liderlərinin II Sammitini və digər beynəlxalq tədbirləri misal göstərə bilərik.

Cəbiş müəllim bu dəfə dövlət başçısının 2019-cu ildə atdığı addımların ən əlamətdar məqamlarından danışır.

Xəbər lenti
0