12:45 19 Yanvar 2017
Canlı yayım
İNFOQRAFİKA

Azərbaycan musiqi sənətinin unudulmaz nümayəndəsi

Qısa URL
312520
© Sputnik / Elnur Salayev

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub.

1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır.

Görkəmli bəstəkarın həyat və yaradıcılığı ilə daha yaxından Sputnik-in hazırladığı videoinfoqrafikada tanış ola bilərsiniz.

  • Hacı Zeynalabdin Tağıyev
    Last update: 11:00 10.01.2017
    11:00 10.01.2017

    Maarifpərvər, təhsilsiz xeyriyyəçi

    Hacı Zeynalabdin Tağıyev Azərbaycanın görkəmli xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biridir.

    3294
  • Yeni il süfrəsi
    Last update: 10:22 27.12.2016
    10:22 27.12.2016

    Yeni il süfrəsi neçəyə başa gəlir

    Qarşıdan Yeni il bayramı gəlir. Yeni il bayramı dedikdə yolka, Şaxta baba, Qar qızla yanaşı, şampan, "paytaxt" salatı da göz qabağına gəlir.

    4495
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 55 yaşı tamam olur
    Last update: 10:00 24.12.2016
    10:00 24.12.2016

    İlham Əliyev — 55

    Prezident İlham Əliyev öz yubileyini qeyd edir. Sputnik Azərbaycan oxucularını Əliyevin ölkənin ən yüksək və məsuliyyətli vəzifəsinədək keçdiyi yol ilə tanış edir.

    163
  • Ziya Bünyadov
    Last update: 10:30 21.12.2016
    10:30 21.12.2016

    Adı yaddaşlardan silinməyəcək akademikimiz

    Görkəmli ictimai-siyasi xadim Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olub.

    1477

Əsas mövzular