Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

2016-cı ilin ən gözlənilən hadisələri

Abunə olmaq
Şübhəsiz, yeni 2016-cı il artıq keçmişdə qalan 2015-ci il kimi vacib və maraqlı hadisə, tədbirlərlə bol olacaq. Redaksiyamız bizim zənnimizcə bu il ölkəmiz üçün ən vacib olan hadisələrin bir növü reytinqini oxucularımıza təqdim etmək qərarına gəlib.

Sizə 2016-cı ildə Azərbaycanda gözlənilən ən vacib hadisələri təqdim edirik:

1. İlin ilk yarısında paytaxt metropolitenin iki yeni stansiyasının — “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı nəzərdə tutulub. “Avtovağzal” stansiyasının 8 çıxışı olacaq ki, onlardan biri Bakı-Sumqayıt avtomobil magistralının altından keçməklə yeraltı piyada keçidi kimi də xidmət göstərəcək.

2. 2016-cı ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəzərdə tutlub. Xəttin ümumi uzunluğu 826 km təşkil edəcək və paytaxtımızdan Qarsa cəmi bir günə çatmaq mümkün olacaq.

3. Bu il həm də yeni zooparkın acılışı gözlənilir. O, Bakıdan 20 km aralı Ceyranbatan su anbarının ətrafında Qobu qəsəbəsində yerləşəcək. Yeni zooparkın sahəsi 55 hektar təçkil edəcək və o, bütün müasir tələblərə cavab verəcək.

4. Bakı Dənizkənarı Milli parkında möhtəşəm The Crescent Development Project biznes və yaşayış kompleksinin açılışı gözlənilir. Kompleksə biznes mərkəsi, ticarət və əyləncə kompleksi və yaşayış sahələri daxildir. Kompleksin ən orijinal tikilisi aypara şəklində olan mehmanxana olacaq.

5. 2016-cı ildən GÜAM — Demokratiya və inkişaf uğrunda təşkilatda sədrlik Azərbaycana keçəcək. Növbəti dörd ildə təşkilatın baş katibi əvvəllər Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev olacaq.  

6. 12-14 oktyabrda Bakıda AICT 2016 İnformasiya-kommunikasiya texnologiyalarının istifadəsi üzrə 10-cu Beynəlxalq elmi konfrans keçiriləcək. Tədbirin əsas mövzuları kibertəhlükəsizlik İKT sahəsində yeniliklər, avadanlıqlar olacaq.

7. 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumu keçiriləcək. Forumun əsas məqsədi Qərb və İslam dünyası arasındakı ziddiyətlərin həlli yollarını müzakirə etməkdir. Tədbirdə BMT-nin baş katibi Pan Gi Munun iştirakı gözlənilir. 

8. Yayda paytaxtımızda Beynəlxalq enerji iqtisadiyyatı asosiassiyasının (IAEE) ilk Avrasiya enerji konfransının keçiriləcəyi gözlənilir. IAEE özüındə 110 ölkəni birləşdirən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Konfransda regionda enerji təhlükəsizliyi və əməkdaşlıq məsələlərinin müzakirəsi aparılacaq. 

9. Bu ilin 3-5 may tarixlərində “Azərbaycanşünaslığın aktual problemləri” VII Beynəlxalq elmi konfrans keçiriləcək. Tədbiri Bakı Slavyan Universiteti, Azərbaycan Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təşkil edir. Konfransda Azərbaycan tarixi, mədəniyyəti, dili, ədəbiyyatı, ölkədə millətlərarası və mədəniyyətlərarası münasibətlər müzakirə ediləcək.

10. 2016-cı il iyunun 1-dən 4-dək III Bakı Beynəlxalq Turizm filmləri festivalı keçiriləcək. Festival Mədəniyyət və turzim nazirliyinin dəstəyi ilə reallaşacaq.

11. Bu ilin aprelin 24-də Bakıda dünya şöhrətli italyalı müğənni Eros Ramazottinin konserti baş tutacaq. İfaçının Bakı konserti dünya turnesi çərçivəsində keçiriləcək. Ramazotti ölkəmizdəki pərəstişkarlarına “Perfetto”adlı yeni albomunu təqdim edəcək. 

12. 2016-cı ildə Xəzərdə yelkənli qayıq idman növü üzrə 470 sinfində Dünya birinciliyinin keçirilməsi gözlənilir. 

13. İlin ən gözlənilən hadisələrindən biri “Formula 1” avotomobil yarışlarının Avropa Qran-prisinin Bakıda keçirilməsidir. Turnir 17-19 iyun tarixlərində Bakının küçələrində yaradılmış Baku City Circuit yarış yolunda keçiriləcək.

14. 2016-cı ilin sentyabrında Bakıda Dünya Şahmat olimpiadasının keçirilməsi planlaşdırılır. Bu idman tədbirində 180 ölkədən 340 komandanın iştirakı gözlənilir. Yarışla eyni zamanda paytaxtda FIDE-nin konqresinin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Azrəbaycan Prezidentinin qərarı ilə 2016-ci il Multikulturalizm ili kimi elan edilib. Bununla bağlı Nazirlər Kabinetinə tədbirlər planı hazırlamaq tapşırılıb. Biz il boyu Multikulturalizm ili çərçivəsində keçirilən bütün tədbirlər geniş işıqlandırıb oxucularımıza müxtəlif materiallar təqdim edəcəyik.

Xəbər lenti
0