Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

2 milyon dolların ölkədən çıxarılmasının qarşısı alınıb

© Photo : APAAydın Əliyev
Aydın Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Əliyev: "Ötən il idxalda azalma müşahidə edilib. Əgər 2015-ci ildə idxal 9,216 mlrd. manat olubsa, 2016-cı ildə bu rəqəm 8,253 mlrd. manata düşüb".

BAKI, 19 yan — Sputnik. 2016-cı ildə Azərbaycandan ixrac 2015-ci illə müqayisədə 28,17% azalaraq 12,729 mlrd. manatdan 9,143 mlrd. manata düşüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Komitə sədri, ötən il idxalda da azalma müşahidə edilidiyini bildirib: "Əgər 2015-ci ildə idxal 9,216 mlrd. manat olubsa, 2016-cı ildə bu rəqəm 8,253 mlrd. manata düşüb".

A.Əliyev onu da qeyd edib ki, ötən il gömrükçülər 2 mln. ABŞ dolları məbləğində vəsaitin Azərbaycandan qanunsuz çıxarılmasının qarşısını alıb.

Xəbər lenti
0