18:59 17 Yanvar 2017
Canlı yayım
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb

Səngəçalda qaz kəmərində yanğın söndürülüb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
205 0 0

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Səngəçal qəsəbəsində qaz kəmərində baş verən yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

BAKI, 11 yan — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu, Səngəçal qəsəbəsində magistral qaz kəmərində baş verən partlayışla bağlı açıqlama yayıb.

Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları — Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. SOCAR-ın mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb".

Xatırladaq ki, qaz kəmərində partlayış ötən gün saat 20:45 radələrində baş verib.

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır.

Əsas mövzular