Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bağlı qapı arxasında qalan şəxs xilas edildi

CC0 / Photo-Mix / keyBağlı qapı
Bağlı qapı - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər

BAKI, 29 dek — Sputnik. Bu gün günorta radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:57-də başa çatıb.

Xəbər lenti
0