Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mənzilə civə dağıldı

© Photo : STRCivə
Civə - Sputnik Azərbaycan
Abunə olmaq
Maye halında olan kimyəvi maddə FHN-in Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib

BAKI, 26 dek — Sputnik. Dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 13:30-da başa çatıb.

Xəbər lenti
0