Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ev yandı, sahibinin meyiti tapıldı

CC0 / ernie / flameYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb

BAKI, 15 dek — Sputnik. Astara rayonu, Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0