Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatıb

© REUTERS / Osman Orsalİstanbul'da çifte bombalı saldırı
İstanbul'da çifte bombalı saldırı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə rəhbərliyi hadisəni törətməkdə PKK-nı şübhəli bilir.

BAKI, 11 dek — Sputnik. İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

Sputnik-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Soylu deyib ki, şəhid olanlardan 30-u polis əməkdaşıdır. 

Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.

Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: “İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir”. 

Xəbər lenti
0