14:34 07 Dekabr 2016
Canlı yayım
Marketdə siqaret satışı

Siqaret satışı ilə bağlı sərt qərar qəbul edildi

© Sputnik / Fuad Hasanov
HADİSƏ
Qısa URL
378811

Tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağan edilir

BAKI, 29 noy — Sputnik. Milli Məclisin plenar iclasında "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişikliklərə baxılıb. Sputnik xəbər verir ki, dəyişikliyə görə, tütün və tütün məmulatını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi qadağan edilir.

Dəyişikliyə görə, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağan edilir.

Qanuna əlavə edilən 20.3-cü maddəyə görə, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Layihə "Tütün və tütün məmulatı haqqında" Qanunu "Reklam haqqında" Qanuna uyğunlaşdırmaq məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Bu mətbuat orqanlarına reklam qadağası
Parlament hökumətlərarası sənədləri ratifikasiya edib
Dəmiryolu nəqliyyatında da qiymətlər qalxır
Milli Məclisin plenar iclası keçirilir
Teqlər:
satış, reklam, siqaret, layihə, qanun, qərar, qadağa, Milli Məclis

Əsas mövzular