Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masallıda tövlə yanıb

Abunə olmaq
FHN-in yanğınsöndürənləri tərəfindən tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub

BAKI, 28 okt — Sputnik. Masallı rayonu, Ərkivan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə və damına yığılmış 4 ton ot bağlamasının 1 tonu yanıb. Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti
0