Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mosulda 232 nəfər edam edildi

© AFP 2023Mosul, arxiv şəkli
Mosul, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə İraq Parlamentinin deputatı məlumat verib.

BAKI, 26 okt — Sputnik. İŞİD terror qruplaşmasının yaraqlıları Mosulun iki rayonunda ən azı 232 nəfəri edam ediblər.

Sputnik xəbər verir ki, bu barədə yerli deputat, İraq Parlamentinin İnsan Haqları Komitəsinin rəhbəri Əbdül Rəhim əş-Şəmri məlumat verib.

"İŞİD terrorçuları Neynəva əyalətində vəhşiliklər törədirlər, onlar Hammam-əl-Əlil rayonunda Mosulun müxtəlif ərazilərində əsir götürdükləri 190 nəfəri edam ediblər", — deyə Əş-Şəmri bəyan edib.

Deputatın məlumatına görə, daha 42 nəfər Əl-Aric kəndində İŞİD ilə əməkdaşlıqdan imtina etdiyinə görə öldürülüb.

Xəbər lenti
0