Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Terrorçular onlarla dinc sakini öldürdülər

© AFP 2023 / WAKIL KOHSARБоевики движения Талибан. Архивное фото
Боевики движения Талибан. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin məlumatına əsasən, bu ilin yanvar ayından oktyabradək Əfqanıstanda müxtəlif silahlı insidentlər zamanı 2 560 mülki şəxs öldürülüb.

BAKI, 26 okt — Sputnik. Əfqanıstanın Qor əyalətində naməlum silahlılar 36 dinc sakini qətlə yetirib. APA-nın məlumatına görə, bu barədə əyalətin qubernatoru Məhəməməd Nəsir Həzah bildirib.

Onun sözlərinə görə, silahlılar təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra geri çəkilərək 36 dinc sakini girov götürüb, sonra isə güllələyib. Hücumun İŞİD-ə yaxın qruplaşma tərəfindən törədildiyi ehtimal edilir.

BMT-nin məlumatına əsasən, bu ilin yanvar ayından oktyabradək Əfqanıstanda müxtəlif silahlı insidentlər zamanı 2 560 mülki şəxs öldürülüb, 5830-u yaralanıb.

Xəbər lenti
0