02:23 05 Dekabr 2016
Canlı yayım
На Баку обрушился ливень

Yağışlar Azərbaycanda ekoloji fəlakətlərə səbəb olub

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
2072 0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə, uçqun və subasma ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

BAKI, 19 okt-Sputnik. Geoloji Planalma Ekspedisiyası (GPE) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN)daxil olan sürüşmə, uçqun və subasma ilə bağlı çoxsaylı müraciətlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Abşeron yarımadası və respublika ərazisində GPE-nin mütəxəssisləri tərəfindən aparılan monitorinq və müşahidələr intensivləşdirilib.

Sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir. Respublika ərazisindəki sürüşmə sahələrinin bəzilərində, o cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni sürüşmə ocaqları qeydə alınıb.

Əhmədli və Masazır qəsəbələrində yağan yağışlar nəticəsində lokal sahədə uçqun prosesi baş verib. Əhmədli qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu 25 metr, hündürlüyü isə 4 metrdir. Masazır qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu isə 35 metr, hündürlüyü 3 metrdir. Zığ sürüşmə sahəsində nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb.

Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış massivində və Şuşa şəhərciyində isə əraziyə düşən atmosfer yağıntıları nəticəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də analoji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin digər ərazilərində isə aktivləşmə qeydə alınmayıb.

Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb.

İsmayıllı rayonunun İstisu kəndi ərazisində isə yeni sürüşmə prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında dəyişir.

Respublikanın digər yerlərində də, o cümlədən cənub bölgəsində Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrliyində, həmin avtomobil yolunun 45-ci kilometrliyində, Astara Deqədi Pəlikeş avtomobil yolunun bir neçə kilometrliyində, Qobustan rayonunun Poladlı sürüşmə sahəsində, Quba rayonunun Güləzi sürüşmə sahəsində, Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun bir neçə kilometrliyində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci, 11-ci kilometrliyində, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, İsmayıllı rayonunun Xankəndi sürüşmə sahəsində, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrliyində, Gədəbəy rayonunun Hacılar (Əyridərə), Tovuz rayonunun Qarağatlı, Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir.

Qeyd edək ki, monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.

Əlaqədar

Ekspertlər Azərbaycanın ekoloji problemlərini müzakirə ediblər
"Azərbaycanlılar böyük ekoloji fəlakətlə qarşı-qarşıyadırlar"
Bakı daha bir ekoloji fəlakət ərəfəsində
Ekoloji fəlakət gözlənilir: Azərbaycan sürüşəcək
Teqlər:
ekoloji fəlakət, təbii fəlakət, ekologiya, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geoloji Planalma Ekspedisiyası

Əsas mövzular