Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

26 yaşlı oğlan faciəli şəkildə dünyasını dəyişdi

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Şahpəri Abbasova, Sputnik Azərbycan

Oktyabrın 12-ə keçən gecə Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində, "VAZ" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəzasi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, hadisə nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:19 da başa çatıb.

Xəbər lenti
0