Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yağış və külək gözlənilir

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

BAKI, 2 okt — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 19-22°, Bakıda gecə  13-15° isti, gündüz  20-22° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 3-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında çiskinli olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Xəbər lenti
0