ELM

Yer kürəsi belə məhv olacaq

© Sputnik / Murad OrujovСолнечный день. Архивное фото
Солнечный день. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər planetimizin güclü maqnit fırtınasından xilas ola bilməyəcəyini proqnozlaşdırırlar.

BAKI, 31 avq — Sputnik. Alimlər bəyan ediblər ki, Yer kürəsini Günəş özü məhv edəcək.

Mütəxəssislərin sözlərinə görə, bu, bizim planetin elektromaqnit qalxanı möhkəmləndirilməyəcəyi təqdirdə baş verəcək. 

Alimlər qeyd edirlər ki, güclü maqnit fırtınası nəticəsində Yerdəki bütün texnoloji alətlər, ilk növbədə isə rabitə peykləri sıradan çıxacaq. 

Bu, bir sıra ölkələrin infrastrukturu üçün çox böyük problemlər yarada bilər. Eyni zamanda bütün canlılar yüksək radiasiya yağışı səbəbindən tədricən öləcəklər. 

Artıq tədqiqatçılar diqqəti xüsusilə bu məsələyə yönəldiblər: bəşəriyyət güclü maqnit fırtınası problemi ilə toqquşmaqdadır. Hələlik onların təsiri çox da hiss olunmur. 

Bununla yanaşı, alimlər qeyd edirlər ki, hər an Yerin maqnit qalxanı qırıla və çoxlu problemlər yarada bilər. Əgər öncədən hazırlıqlar görülməsə, bu problemlərin insanlar tərəfindən operativ həlli mümkün olmayacaq. 

Mütəxəssislərin verdiyi xəbərdarlığa görə, bizim planeti günəş şüalarından qoruyan təbii qalxan — Yerin maqnitosferi tədricən yumşalır. Bu qütblərin hərəkəti ilə əlaqədardır. 

Mövcud amilləri nəzərə alaraq, tədqiqatçılar insanlıq naminə süni elektromaqnit qalxanın yaradılması üçün həyəcan təbili çalırlar.

Xəbər lenti
0