Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

17 nəfər sərxoş sürücü saxlanılıb

© Photo : DİN Baş Dövlət Yol Polisi İdarəsiDövlət yol polisinin növbəti reydi
Dövlət yol polisinin növbəti reydi - Sputnik Azərbaycan
Abunə olmaq
Yol polisi kütləvi reydləri davam etdirir

BAKI, 24 avq — Sputnik. Dövlət yol polisi ölkə üzrə kütləvi reydlər keçirir. Sputnik DİN Baş Dövlət Yol Polisi İdarəsinin reydin nəticəsinə dair yaydığı məlumata istinadən xəbər verir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi istiqamətində dövlət yol polisi əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Avqust ayının 23-də DIN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları tərəfindən Göygöl RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları ilə birlikdə Göygöl rayonu ərazisində keçirilən reydlər nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 17 nəfər akşar edilərək inzibati məsuliyyətə cəlb olunub.

Xəbər lenti
0