Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xudat sakini üç qohumunu bıçaqlayıb

CC0 / Ordigital / knifeМужчина с ножом. Архивное фото
Мужчина с ножом. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.

BAKI, 14 avq — Sputnik. Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.

APA —nın verdiyi mәlumata görә, bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958 —si tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı 1991 —ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.

Xaçmaz rayon Polis Şöbәsindәn APA —nın yerli bürosuna verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxllanılıb. Onun Y. Mәmmәdrәsulovun hәyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir.

Xəbər lenti
0