Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda polis əməkdaşı qəzaya uğradı

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Zabrat-Maştağa şosesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi "VAZ-21150" və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi "VAZ-21041" markalı avtomobillər toqquşub

BAKI, 25 iyul — Sputnik. Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, Zabrat-Maştağa şosesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi "VAZ-21150" və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi "VAZ-21041" markalı avtomobillər toqquşub.

Nəticədə V.Eminovun sərnişinləri — Neftçala rayon sakini 1960-cı il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır. Faktla bağlı istintaq aparılır.

Xəbər lenti
0