Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb

© Sputnik / Murad OrujovBakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə yanğın baş verib
Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə yanğın baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğının səbəbləri hələlik bəlli deyil, faktla bağlı araşdırma aparılır. Hadisə zamanı şagirdlər arasında xəsarət alan yoxdur.

BAKI, 23 may — Sputnik. Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Sputnik-ə verilən məlumata görə, hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Yanğının elektrik sistemində qısa qapanma zamanı yaranmış partlayış nəticəsində baş verdiyi güman edilir.

Bakıda yanğın baş verib - Sputnik Azərbaycan
Tovuzda məktəbdə yanğın baş verib

Hadisə yerinə baş çəkən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yanğının səbəblərinin hələ bəlli olmadığını, araşdırma aparıldığını deyib. O bildirib ki, məktəbə dəyən ziyan dəqiqləşdirilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin jurnalistlərə verdiyi məlumata görə, sevindirici hal odur ki, hadisə zamanı şagirdlər arasında xəsarət alan yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında dərsin gedişi zamanı 95 saylı məktəbdə yanğın baş verib. Şagirdlər dərhal təxliyə edilib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib.

Xəbər lenti
0