Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar artist Milli Onkologiya Mərkəzinə yerləşdirildi

Abunə olmaq
"Azdrama"nın əməkdaşı Tofiq Hüseynov əməliyyat olunub. Əməliyyat uğurla keçdiyi və aktyorun reanimasiya şöbəsində həkim nəzarəti altında olduğu bildirilir.

BAKI, 4 may — Sputnik. Akademik Milli Dram Teatrının əməkdaşı, əməkdar artist Tofiq Hüseynov Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Teatrın mətbuat katibi Cavid Zeynallının Sputnik-ə verdiyi məlumata görə, hazırda T. Hüseynovun vəziyyəti qənaətbəxşdir.

"Tofiq Hüseynovun səhhətində qorxulu hal yoxdur, əməliyyat uğurla keçib. Hazırda Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində həkim nəzarəti altındadır. Əməkdar artist sabah palataya köçürüləcək", — deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, T. Hüseynovun səhhəti Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində və nəzarətindədir: "Teatrın rəhbərliyi və kollektivi adından Tofiq Hüseynova can sağlığı, yeni-yeni uğurlu obrazlar yaratmağı arzu edirik".

Qeyd edək ki, Hüseynov Tofiq Əbdülrəhim oğlu 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.

Nataliya Kraçkovskaya - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Əməkdar artist dünyasını dəyişdi

Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. Onlardan Komiyonçu («Kəllə», N.Hikmət), Knyaz Orbeliani («Brüsseldən məktublar»H.Həsənov), Oqtay («Rəqabət» B.Vahabzadə), Hacı Kərim («Ölülər», C.Məmmədquluzadə), Rüstəm xan ("Eloğlu", A.Şaiq), Qala rəisi ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Bekar Ağabala ("Dirilən adam", Mir Cəlal), Katib ("Ölüləri qəbiristanlıqda basdırın", İ.Şıxlı), ("Dəlilər və ağıllılar", İ.Əfəndiyev) Ağamusa Fərəcov, Əcəl ("Alın yazısı", T.Minnullin) obrazlarını nümunə göstərmək olar.

Aktyor «Meteranpaj» (Kamayev), «3-mollanın sərgüzəşti» (Mola Vəli), «Şkafda adam» (Ər), Mola Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında və «Marş» (Komandir), «Dəvətnamə» (Briqadir), «O dünyadan salamlar» (Əli bəy), «Bahar ərəfəsində » (Direktor) filmlərinə çəkilib.

T. Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adını alıb.

Xəbər lenti
0