Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kompüter salonlarının qənimi ələ keçdi

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidРабота за компьютером
Работа за компьютером - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompüter salonundan oyun aparatı oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov tutulub.

BAKI, 1 mart — Sputnik. Bakıda kompüter salonlarına qənim kəsilmiş şəxs saxlanılıb.

Sputnik-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompüter salonundan oyun aparatı oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov tutulub.

Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 7 nəfərə məxsus kompüter salonlarından oyun aparatı və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Xəbər lenti
0