Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtobus yanıb

Abunə olmaq
“MAN” markalı 21 nömrəli marşrut üzrə hərəkət edən avtobusun təkər hissəsində qəfil alışma baş verib.

BAKI, 25 fev — Sputnik. Bakı şəhəri Xətai rayonu ərazisində  avtobus yanıb.

APA-nın məlumatına görə, hadisə “Xətai” metro stansiyasının qarşısında baş verib.

Məlumata görə, 10 TE 770 dövlət qeydiyyat nişanlı, “MAN” markalı 21 nömrəli marşrut üzrə hərəkət edən avtobusun təkər hissəsində qəfil alışma baş verib. Sürücü sərnişinləri dərhal avtobusdan düşürüb və Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat verib. Hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanmaqda olan avtobus söndürülüb.

İnsident yerinə eyni zamanda Xətai rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti
0